Modern.az

2000 litr qan və bir cüt orqan - BÖYRƏKLƏRİNİZ SAĞLAMDIRMI? - TEST

2000 litr qan və bir cüt orqan - BÖYRƏKLƏRİNİZ SAĞLAMDIRMI? - TEST

8 Avqust 2015, 12:21


Orqanizm üçün həyati vacib olan böyrək bədənin mühüm orqanlarından biridir. Bu orqan sutka ərzində təxminən 2000 litr qanı süzgəcdən keçirir ki, bu proses nəticəsində 1.5-2 litr sidik yaranır. Böyrəklərdə yaranan ən adi bir nasazlıq bütövlükdə orqanizmin fəaliyyətinə mənfi təsir göstərir. Mütəxəssislərin qənaətinə görə böyrəklər 150 il tam normal fəaliyyət göstərmək gücündədir. Ancaq təəssüflər olsun ki, insanın öz sağlamlığına laqeyd münasibəti nəticəsində böyrəklər bəzən hətta 30-40 yaşda ciddi problemlər qarşısında qalır. Belə hallarla üzləşməmək üçün vaxtaşırı böyrəkləri müayinədən keçirmək və profilaktik tədbirlər görmək lazımdır.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda böyrəklərin fəaliyyəti haqqında ilkin təsəvvür yaradan testi təqdim edir.

1.Sidiyə tez-tez çıxırsınız?

Hə - 1 bal
Yox - 3 bal
Arabir olur - 2 bal

2. Şişkinlik sizi narahat edir?

Hə - 1 bal
Yox – 3 bal
Arabir üzümdə şişkinlik olur - 2 bal

3. Sidiyinizin rəngi necədir?

Tünd – 1 bal
Şəffaf – 3 bal
Azacıq tünd – 2 bal

4. Son zamanlar qan təzyiqiniz artıb?

Hə - 1 bal
Yox – 3 bal
Arabir – 2 bal

5. Uşaqlıqda tez-tez angina xəstəliyi keçirmisiniz?

Hə - 1 bal
Yox – 3 bal
Az hallarda – 2 bal

6. Bel hahiyəsində ağrılar və ağırlıq hiss edirsiniz?

Hə - 1 bal
Yox – 3 bal
Arabir fiziki işlərdən sonra – 2 bal

7. Sidiyinizi analizə verərkən zülal aşkar olunub?

Hə - 1 bal
Yox – 3 bal
Əvvəllər olub – 2 bal

8. Cinsiniz

Qadın – 1 bal
Kişi – 2 bal

Cavablandırdığınız suallardan alınan ballar 7-12 bal arasındadırsa böyrəklərinizin sağlamlıq durumu qənaətbəxş deyil. Bu isə o deməkdir ki, tibbi müayinəyə və həkim müalicəsinə ehtiyacınız var və bunu təxirə salmaq sağlamlığınız üçün yolverilməzdir.

Cavablandırdığınız suallardan alınan balların sayı 12-dən yuxarıdırsa böyrəkləriniz tam normal fəaliyyət göstərir.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu