Balıkesirin Sinaqoqun mahalı yaxınlarında meydana gələn yol qəzasında suriyalıları daşıyan bir avtobusun istinad divarına çarpılması nəticəsində ilk təyinlərə görə 9 adam ölüb, çox sayda adam yaralanıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 25 sərnişin yeri olmasına baxmayaraq avtobusa 40-a yaxın suriyalı mindirilib.
İstinad divarına çarpılandan sonra 8 adam hadisə yerində həyatını itirib. Çox sayda yaralı bölgədəki xəstəxanalara qaldırılıb. Yaralılardan biri isə xəstəxanada həyatını itirib. Ölü sayının artacağı gözlənilir.
Modern .az