Modern.az

İranın Azərbaycandakı 120 milyonluq vəsaiti “dirilir”

 İranın Azərbaycandakı 120 milyonluq vəsaiti “dirilir”

Təhsil

8 Avqust 2015, 23:37


Azərbaycan hökuməti İranın ölkəmizdəki 120 mln. ABŞ dolları həcmində dondurulmuş aktivlərini bərpa etməyi planlaşdırır.

“APA-Economics”in xəbərinə görə, bu barədə İranın Mehr agentliyi ticari-iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmiyə istinadən yayıb.

“Azərbaycan nümayəndə heyətinin Tehranda görüşləri zamanı iki ölkə İranın 500 mln. ABŞ dolları həcmində aktivlərinin bloklanmadan azad edilməsi  barədə razılığa gəlinib. Bu aktivlər iki ölkənin ticarətinə yönəldiləcək”, - deyə o bəyan edib.  

Xatırladaq ki, bir qədər əvvəl agentlik İranın Azəırbaycan hökuməti və Azərbaycan Mərkəzi Bankına Azərbaycanda hesablarda saxlanılan istifadə edilməyən aktivlərin geri qaytarılması ilə bağlı müraciət etdiyi barədə məlumatlar yayıb. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama