Modern.az

Rəqibimiz “Qarabağ” olduğundan püşkdən razı qala bilmərik - “YANQ BOYZ” RƏSMİSİ

 Rəqibimiz “Qarabağ” olduğundan püşkdən razı qala bilmərik -  “YANQ BOYZ” RƏSMİSİ

Təhsil

8 Avqust 2015, 23:55

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək "Yanq Boys"un idman direktoru Fredi Bikel qarşıdakı oyunlarla bağlı danışıb.

İsveçrə klubunun rəsmisi "Qarabağ"ın ünvanına xoş sözlər deyib: "Püşk bizi "Qarabağ" kimi güclü rəqiblə üz-üzə qoydu. Bu komanda Çempionlar Liqasının da pley-off mərhələsinə vəsiqə qazana bilərdi. Lakin "Seltik" cəmi bir qol sayəsində mərhələni keçdi”.

"Qarabağ" öz ölkəsində son iki ilin ölkə çempionudu. Onlar ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də iştirak ediblər. Bütün bunlar bizi qarşıda çox ağır iki oyunun gözlədiyini göstərir. Amma rəqib nə qədər güclü olsa da, bizim əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı".

"Qarabağ"la "Yanq Boys" arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama