Modern.az

Şimali İraq kürdləri PKK-ya qarşı

 Şimali İraq kürdləri PKK-ya qarşı

Təhsil

9 Avqust 2015, 21:08


Şimali İraqda kürdlərin yaşadığı Zergələ bölgəsinin sakinləri PKK düşərgələrinin ərazidən köçürülməsi üçün İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzanidən kömək istəyib.

Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokratik Partiyasının (KDP) xarici əlaqələr üzrə əməkdaşı Hamin Harvani məlumat yayıb.

O, bir qrup kənd sakininin Məsud Bərzani ilə görüşdüyünü bildirib.

Qeyd edək ki, Türkiyənin Şimali İraqdakı hava əməliyyatları zamanı  Zergələ kəndinin bombalandığı iddia edilmişdi. Lakin Türkiyə bu şayiələri qəti şəkildə rədd etmişdi.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama