Modern.az

Jurnalistin ölümünə görə həbslər başladı

Jurnalistin ölümünə görə həbslər başladı

Təhsil

9 Avqust 2015, 23:08


Jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbslər başlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, futbolçu Cavid Hüseynovun hadisədə əsas iştirakçı kimi adı keçən bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

Cavid Hüseynovun bibisioğlunun Elşən İsmayılov adlı şəxs olduğu bildirilir. 

Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov Rasim Əliyevin atasına deyib ki, oğlunun döyülməsi ilə bağlı videogörüntülər artıq əldə edilib. Jurnalisti döyənlərdən bir neçəsinin kimliyi də məlumdur.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama