Modern.az xəbər verir ki, döyülərək öldürülən jurnalist Rasim Əliyev avqustun 9-da Mehdiabad qəbiristanlığında dəfn edilib. Rasim Əliyev ailəsinin yeganə oğul övladı idi. O, avqustun 16-da 31 yaşını qeyd edəcəkdi. Nişanlı olan R.Əliyev toya hazırlıqlar görürdü.
Jurnalisti son mənzilə yola salanlar arasında nişanlısı Gülər Abbasova da olub.
Mərhumun 7-si ad gününə təsadüf edir - avqustun 16-na...