Modern.az

Bu gün Leyla və Arif Yunusların məhkəməsi keçirilir

Bu gün Leyla və Arif Yunusların məhkəməsi keçirilir

Təhsil

10 Avqust 2015, 10:51


Bu gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun əri Arif Yunusun növbəti məhkəmə prosesi başlayıb.  

Modern.az saytı xəbər verir ki, Almaniya, Böyük Britaniya və ABŞ səfirliyinin bir qrup təmsilçisi məhkəmə zalına buraxılıb.     Qeyd edək ki, Leyla və Arif Yunuslar dələduzluqda, vergi ödəməkdən yayınmaqda və digər bu kimi əməllərdə ittiham olunur.

Bundan əvəlki prosesdə dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi.  

Leyla və Arif Yunuslar barəsində Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə başladılan cinayət işi isə ayrıca icraata verilib. 

Modern.az


 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama