Modern.az

Deputat TƏSDİQLƏDİ - Millət vəkillərinə maneə olan səfirlər var...

Deputat TƏSDİQLƏDİ - Millət vəkillərinə maneə olan səfirlər var...

10 Avqust 2015, 11:08

Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ölkəmizin rəsmi təmsilçiləridir. Belədə səfirliklərimiz təbii ki, xaricdə Azərbaycan vətəndaşlarına sahib çıxmalıdır və bu, həmin diplomatik korpusların  borcudur.

Düzdür, işini ciddi şəkildə quran səfirliklər az deyil. Ancaq yarıtmaz fəaliyyət göstərən diplomatik korpuslar da var. Bunu uzun müddət diaspor təşkilatları ilə müəyyən səfirliklərin münasibətlərindən də aydın sezmək olurdu.

Yalnız səfirliklər, diaspor təşkilatları deyil, həm də Milli Məclisin müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə üşçi qrupları da biləvasitə Azərbaycanın xarici imicini formalaşdırmaqla məşğuldur.

Təəssüf ki, bəzən səfirliklər bu işçi qruplarına qarşı da qısqanc münasibət sərgiləyir. Hətta deputatları qarşılamırlar.

Bunu deputatlar zaman-zaman Milli Məclisdə də səsləndiriblər.

Milli Məclisin deputatı və bir çox parlamentlərarası işçi qruplarında təmsil olunan Fazil Mustafa Modern.az-a açıqlamasında bu faktı təsdiqləyib.

O bildirib ki, ölkəmizin tanıdılması istiqamətində aparılan işlərdə onlara yardım etməyən səfirliklərimiz çoxdur.

“İşçi qrupların səfərlərinin uğuru bir çox hallarda xarici ölkələrimizdəki səfirliklərdəki diplomatlardan asılıdır. Diplomatik korpuslarımızda xeyli səviyyəli adamlar da var, təəssüf ki, səviyyəsizlər də.
Ona görə xaricdə bəziləri Azərbaycanı səviyyəsiz təmsil edir, bəziləri isə hörmət qazandırır”.

Deputat bu halın hər yerdə müşahidə edildiyini vurğulayıb. “Bu nisbət hər yerdə yarı-yarıyadır. Ona görə xaricə səfərlər zamanı bizi müşayiət etmək üçün bəxtimizə ağıllı adam düşürsə, çox iş görürük, əks halda, heç nə edə bilmirik”.

Aytən ZƏHRA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama