Modern.az

İxtisas seçimi davam edir

İxtisas seçimi davam edir

Təhsil

10 Avqust 2015, 11:18

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, bu gün saat 11.05-ə qədər 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.  

Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.   İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.  

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama