Modern.az

Türkiyədə 4 polis şəhid oldu

Türkiyədə 4 polis şəhid oldu

Təhsil

10 Avqust 2015, 14:16


Şırnakın Silopi mahalında 1 polisin şəhid olduğu, 3 adamın öldüyü Başaq məhəlləsindəki hadisələrin ardından bu gün məhəlləyə gedən polis zirehli avtomobilinə PKK-nın yola yerləşdirdiyi mina ilə hücum təşkil edib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hücumda avtomobildə olan 4 polis məmuru şəhid olub.

Şırnakın Silopi mahalında keçən cümə günü PKK-nın gənclik quruluşu olan Vətənpərvər İnqilabçı Gənclik Hərəkəti (YDGH) üzvlərinin təhlükəsizlik güclərinin girişinə maneə törətmək üçün qazdığı xəndəkləri bağlamaq üçün getdiyi Başaq və Barbaros məhəlləsində polislərə atəş açılması ilə çıxan hadisələrdə polis məmuru Muhammet Onur Demir şəhid olarkən Hamdi Ulaş, Kamuran Bilin ve Hıdır Tamboğa ölüb.    

Hadisələrin ardından bu səhər saatlarında Başaq məhəlləsinə gedən polis qrupuna PKK-lılar bombalı tələ qurub. Polis zirehli avtomobilinin keçişi əsnasında yola yerləşdirilən mina partladılıb.

Partlamada avtomobildə olan 4 polis məmuru ağır yaralanıb. Yaralı polis məmurları qaldırıldıqları Silopi Dövlət Xəstəxanasında edilən bütün müdaxiləyə baxmayaraq şəhid olublar.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama