Modern.az

Araz Əlizadə dinə görə hiddətlənənlərə cavab verdi: “İŞİD sizin kimiləri kadr seçir”

Araz Əlizadə dinə görə hiddətlənənlərə cavab verdi: “İŞİD sizin kimiləri kadr seçir”

Təhsil

10 Avqust 2015, 14:22


Bir müddət öncə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Modern.az saytının “Siyasətçi və din” layihəsinin qonağı olub. 

Araz Əlizadə müsahibəsində fövqəltəbii gücə, cənnət və cəhənnmə inanmadığını bildirmişdi.

Onun İslam dininin təbliğ etdiyi bəzi məsələlərə inanmadığını söyləməsi oxucuların ciddi etirazına səbəb olub. Müsahibəyə yazılan oxucu şərhlərində Araz Əlizadə sərt şəkildə tənqid, hətta təhqir də olunub.

Araz Əlizadə Modern.az saytı ilə əlaqə saxlayaraq ona qarşı yazılanlara münasibət bildirib.

“Mən o müsahibəni oxuyub tənqidi rəy yazanlara da öz  təşəkkürümü bildirirəm.  Təhqirə keçənlərə isə deyirəm ki, sizin İslam dini ilə heç bir əlaqəniz yoxdur. İŞİD sizin kimiləri özlərinə kadr seçir. Siz normal müzakirə aparılacaq insanlar deyilsiniz”,-deyə Araz Əlizadə söyləyib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama