Modern.az

Prokuror keçmiş mer üçün ömürlük həbs cəzası istədi

Prokuror keçmiş mer üçün ömürlük həbs cəzası istədi

10 Avqust 2015, 15:03


Moskvada Mahaçqalanın keçmiş meri Səid Əmirovumn məhkəmə prosesi yekun mərhələyə daxil olub.  

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, dövlət ittihamçısı Mahaçqalanın Sovetskiy rayonunun istintaq komitəsinin sədri Arsen Hacıbəyovun qətlini sifariş verdiyi üçün Əmirovun ömürlük həbs cəzasına məhkum olunmasını istəyib.

Səid Əmirov isə ona qarşı irəli sürülən ittihamları rədd edib və prosesin qurama olduğnu deyib. 18 il ərzində Mahaçqalanın əvəzsiz meri olan Səid Əmirov sui-qəsd nəticəsində yerimək qabiliyyətini itirib. 2014-cü ildə o, korrupsiya ittihamı ilə 10 il həbs cəzası da almışdı.    

Vüqar İsmayılov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu