Modern.az

Gəncədə məmur iş otağında ölüb

Gəncədə məmur iş otağında ölüb

10 Avqust 2015, 15:30


Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi iş otağında ölüb. Modern.az xəbər verir ki, bu barədə məlumat Trend-ə etibarlı mənbədən daxil olub.

Belə ki, bu gün günorta saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin 63 yaşlı məsul işçisi Məmmədov Tariyel Nadir oğlu iş otağında qəflətən dünyasını dəyişib.  

Onun iş başında olarkən özünü qəflətən pis hiss etdiyi bildirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələn zaman onun dünyasını dəyişdiyini görüblər. Ehtimal olunur ki, mərhum infarktdan dünyasını dəyişib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama