Modern.az

Şair Vüqar Əhməd deputatlığa namizədliyini irəli sürəcək

Şair Vüqar Əhməd deputatlığa namizədliyini irəli sürəcək

10 Avqust 2015, 16:19

Tanınmış şair, professor Vüqar Əhməd  27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Bu haqda şairin özü Modern.az saytına məlumat verib. Onun sözlərinə görə, Pirşağı, Ramana, Kürdəxanı-Balaxanı ərazisindən olan əhalinin bir qismi şairin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü müsbət qarşılayıb.

Vüqar Əhməd deyib ki, əhalinin onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacibdir. Uzun müddət dövlət və özəl telekanallarda məsul vəzifələrdə çalışan Vüqar Əhməd həm bir jurnalist, həm də vətəndaş kimi namizədliyini irəli sürəcək dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir:

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm, çalışmışam ki, hamının işinə yarayım, deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

Elmin NURİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama