Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avqustun 10-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. P.Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:15-də başa çatıb.
Modern.az