Modern.az

Təyyarə sərnişinlərini çəkəcəklər

Təyyarə sərnişinlərini çəkəcəklər

10 Avqust 2015, 17:52


Özbəkistanın dövlət hava yolları şirkəti uçuşdan əvvəl sərnişinlərin çəkiləcəyini bəyan edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hava şirkəti Beynəlxalq hava nəqliyyatı assosiasiyasına əsaslanaraq bildirir ki, daşıyıcılar müntəzəm olaraq sərnişinləri və onların əl yüklərini çəkməlidir.

Şirkətin bununla məqsədi sərnişinin əlindəki yüklə birgə orta çəkisini müəyyənləşdirməkdir.

Xəbərdə hər hansı situasiyada sərnişinə prosedurdan imtina ediləcəyi haqda qeyd edilmir. Qeydiyyat vərəqində çəkinin nəticəsi kimi yalnız sərnişinin kişi, qadın, yoxsa uşaq olduğu göstəriləcək.

Hava şirkəti çəkilmənin nəticəsinin gizli saxlanılacağına təminat verir.


Modern.az   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama