Modern.az

Jurnalistin ölümündə şübhəli bilinən futbolçu haqda yeni AÇIQLAMA

Jurnalistin ölümündə şübhəli bilinən futbolçu haqda yeni AÇIQLAMA

10 Avqust 2015, 18:21

"Qəbələ” klubu  jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirlən futbolçu Elşən İsmayılovla (futbolçu Cavid Hüseynovun bibisi oğlu) bağlı açıqlama yayıb.
Modern.az-ın məlumatına görə, açıqlamada deyilir:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.

Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılmışdır.

Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ"də çıxış etmirdi".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama