Modern.az

PKK öz damamçılarını yaradır

 PKK öz damamçılarını yaradır

10 Avqust 2015, 21:30

 

Türkiyə KİV-inin məlumatına görə, PKK daha bir terror təşkilatı yaradıb. Belə ki, İŞİD-in hədəf aldığı yezidiləri silahlandıran PKK yezidi gənclərindən “YBŞ” (Şengal Müdafiə Gücləri) adında yeni bir şəbəkənin yaradılmasında yaxından iştirak edib.

PKK-nın nəzarəti altında fəaliyyət göstərək YBŞ avqustun 3-də qondarma “Şengal soyqırımı”nın birinci ildönümündə mərasim təşkil edib və mərasimdə PKK-nın lideri Abdullah Öcalanın şəkilləri açılıb.

Mosulun Şengal bölgəsində qurulan YBŞ “Şiə Haşdi eş Şabi” təşkilatı ilə yaxından əməkdaşlıq edir. YBŞ-in “Şiə Haşdi eş Şabi” təşkilatından pul və silah yardımı aldığı bildirilir. Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” saytı PKK-nın bəzi liderləri “Şiə Haşdi eş Şabi” vasitəsilə İranla təmas yaradaraq gizli görüşlər keçirib. İddiaya görə, məqsəd İraqla yeni bir ittifaq yaratmaqdır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama