Modern.az

İyul ayında nə qədər neft satmışıq?

 İyul ayında nə qədər neft satmışıq?

10 Avqust 2015, 22:50

 

Modern.az SOCAR-ın məlumatına əsasən xəbər verir ki, 2015-ci ilin iyul ayı ərzində 2 milyon 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu həcmin 1 milyon 628 min 822 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 milyon 991 min 794 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 279 milyon 459 min 854 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama