Modern.az

Azərbaycanda yaşayan ahısxalı türklərin yeni sədri seçilib

Azərbaycanda yaşayan ahısxalı türklərin yeni sədri seçilib

Qarabağ

15 Oktyabr 2010, 14:28


Ahısxalı türklərin toplum yaşadığı bölgədə - Saatlı rayonunun Fətəlikənd kəndində “Vətən” cəmiyyətinin sayca VII Qurultayı keçirilib. Qurultayın gündəliyində əsas məsələ kimi Cəmiyyətə yeni sədrin seçilməsi qoyulmuşdu. Sədrliyə namizədlər Fəzli Əşrəfov, Ərzuman Əlləzov, İbrahim Məmmədov, Abdul Ağaliyev, Kamal Beridze, Yusif Səfərov, Şəmsəddin Sərvərov olub. Əvvəlcə qurultay iştirakçılarına özlərini təqdim etmələri üçün söz namizədlərə verilib. Qızğın keçən qurultaydan sonra səsvermə başlanıb. Qurultay 2 gün davam etdiyindən nəticələr son gün açıqlanıb. Son nəticələrə görə Ahıskalı türklərin “Vətən” cəmiyyətinin yeni sədri Sərvərov Şəmsəddin Rəşəddin oğlu olub.

O, 1968-ci ildə Saatli rayonu,Fətəlikənd kəndində anadan olub, orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, ixtisasca diş həkimidir.

“Vətən” cəmiyyətinin yeni sədri bildirib:

- Yeni dönəmdə ahısxalı türklər haqlı mücadilələrinə davam edəcəklər. Bizlərin sürgün olduğumuz vətənimizə geri qayıtmağımız ən böyük haqqımızdır. Bu istiqamətdə gərəkən hər şeyi həyata keçirməyə çalışacağıq. Gürcüstan hökümətinin Avropa birliyi qarşısında götürdüyü öhdəliyin başa çatmasına bir il qalıb. Biz millətimizin ata və baba torpaqlarına ən layiqli şəkildə dönmələri üçün,Gürcüstan dövlətinin bunu ən gözəl şəkildə icra etməsi üçün hökümət nümayəndələri ilə sıx əməkdaşlıq və işbirliyi içərisində olacağıq.

Döndükdən sonra isə biz Gürcüstanı öz vətənimiz bilərək, Gürcüstan dövlətinin milli atributlarına sayqılı bir şəkildə vətənimizdə yaşayacağıq.

Sədr əlavə olaraq onu da qeyd edib ki, köç tələb etmə sürəsində Türkiyə və Gürcüstan, Gürcüstan və Azərbaycan, Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirmədən bu mücadiləyə davam edəcəklər.


Mövlud Axısxalı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama