Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Facebook şəbəkəsindəki şəxsi hesabında yeni foto paylaşıb.
Fotonun diqqət çəkən məqamı onunla bağlıdır ki, uşaqlarla gəzintidə olan Leyla Əliyevanın yanında əkiz oğlanları Əli və Mikayılla yanaşı, bir qız uşağı da var.
Həmin qızın bir müddət öncə Leyla Əliyevanın uşaq evindən övladlığa götürdüyü Əminə olduğu güman edilir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:
“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.
Modern.az