Modern.az

Suriya ordusu ilə İŞİD arasında qanlı döyüş - 300 ÖLÜ

 Suriya ordusu ilə İŞİD arasında qanlı döyüş -  300 ÖLÜ

10 Avqust 2015, 23:58

 

Suriya ordusu Hələb şəhəri yaxınlığındakı “Kuveyris” hərbi-hava bazasına hücuma keçən İŞİD terror qruplaşmasının 200-dən çox silahlısını məhv edib.  Bu barədə xəbər verən “Sputnik” agentliyi məlumatında qeyd edilir ki, aerodromun müdafiəçiləri hücumu dəf edərək müdafiə xəttini möhkəmləndirməyə nail olublar.

Döyüş zamanı İŞİD-in 5 tankı vurulub. Hücum edənlərin bir qismi əsir götürülüb, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı isə öldürülüb. Mənbənin sözlərinə görə, mühasirədə olan “Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb. Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla, 100-dək suriyalı hərbçi də həlak olub.     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama