Çinin Fuyan şəhərinin 30 yaşlı sakini Lyan Lyan iki min dollar dəyərində olan nişan üzüyünə 150 kiloqram xırda pul ödəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lyan 20 il əvvəl sinif yoldaşına verdiyi vədə əməl edərək uzun illər məqsədinə çatmaq üçün çalışıb. O, xırda pulları zərgərlik salonuna üçtəkərli velosipedlə böyük çantada aparıb.
Bir insan hekayəsindən təsirlənən zərgərlik salonunun əməkdaşları pulun hesablanmasına yarım gün sərf ediblər.
Qiymətli əşyaları xırda pulla almaq Çində nadir hadisə deyil. Bu yaxınlarda Şenyan əyalətinin Qan soyadlı sakini də 106 min dollar dəyərində olan avtomobili dörd ton xırda pulla alıb.
Modern.az