Modern.az

Türkiyədə barəsində həbs qərarı çıxarılan prokurorlar ölkədən qaçdı

Türkiyədə barəsində həbs qərarı çıxarılan prokurorlar ölkədən qaçdı

11 Avqust 2015, 09:47

 

Türkiyənin məşhur prokuroru Zəkəriyyə Öz və Cəlal Kara haqqında həbs qərarı çıxarılandan sonra onlar Artvin sərhədindən Gürcüstana qaçıblar.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, barəsində həbs olunmaq qərarı çıxarılan digər prokuror Mehmet Yüzgeçin isə harada olduğu bilinmir.  

Qeyd edək ki, Zəkəriyyə Öz 2013-cü ilin dekabrında keçirilən böyük rüşvət vbə korrupsiya əməliyyatlar çərçivəsində bir sıra tanınmış iş adamlarının həbsinə sanskiya verib. Lakin sonradan o İstanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılıb.  

Zəkəriyyə Öz, Cəlal Kara, Mehmet Yüzgeç Fətullah Gülən şəbəkəsinə məxsus olduğu deyilən dövlət içərisindəki paralel hökumətin nümayəndələri hesab olunurlar.

Bakırköy Baş Prokurorluğu adıçəkilən prokurorlar haqqında həbs qərarı çıxarıb. Hər üç prokuror zorakılıqdan yolu ilə Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmaqda, qanunsuz dəstə yaratmaqda ittiham edilirlər.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama