Suriya hökuməti dövlət başçısı Bəşər Əsədin əmisi oğlu Süleyman Əsədi həbs edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Süleyman Əsəd zabiti öldürməkdə ittiham edilir.
Məlumatda qeyd edilir ki, Süleyman Suriya Hərbi Hava Qüvvələrinin polkovnki Hassan əl-Şeyxi avqustun 6-da aralarında yaranan insident zamanı öldürüb.
Hadisənin baş verdiyi Latakiyada bu qətldən sonra kütləvi etiraz aksiyalarının keçirildiyi də bildirilir.
Yerli sakinlərin sözlərinə görə, Süleyman Əsəd dövlət nömrə nişanı olmayan qara rəngli “Hammer”in sükan arxasında olub. Polkovnik əl-Şeyx onu öz avtomobili ilə ötəndə qəzəblənib. Süleyman avtomobildən düşərək zabiti güllələyib.
Modern.az