Modern.az

Lalə Şövkət parlament seçkilərində iştirak etməyəcək

Lalə Şövkət parlament seçkilərində iştirak etməyəcək

11 Avqust 2015, 11:18


Azərbaycan Liberal Partiyası (ALP) qarşıdakı parlament seçkiləri ilə bağlı mövqeyini hələ dəqiqləşdirməyib, bu mövzuda müzakirələr davam edir.

 B u barədə ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, seçkilərdə iştirakla bağlı partiyada fikir ayrılığı yaşanır.  

“Partiyanın bəzi üzvləri seçkilərə qatılmağı vacib sayır. Bir başqaları isə iştirakın əleyhinədirlər. İstənilən halda biz məsələyə dair yekdil fikrə gəlmək üçün daxili məsləhətləşmələrimizi davam etdirirk. Qəti qərarımızı seçkilərin rəsmi startı veriləndən sonra elan edəcəyik” – Temirxan deyib.  

Bu arada haqqin.az saytına ALP lideri Lalə Şövkətə yaxın mənbədən onun seçkilərdə iştirak etmək fikrində olmadığı bəlli olub.   Xatırladaq ki, ALP lideri 2005-ci il seçkilərində Bakıdakı 17 saylı dairədə qalib gəlsə də, 2006-cı ildə deputat mandatından imtina etmişdi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama