Modern.az

“AZƏRTAC-ın adı bizim təşəbbüsümüzlə dəyişdirildi”

“AZƏRTAC-ın adı bizim təşəbbüsümüzlə dəyişdirildi”

11 Avqust 2015, 12:22

Avqustun 11-dən AZƏRTAC Teleqraf Agentliyinin adı AZƏRTAC İnformasiya Agentliyi kimi dəyişdirilib.

AZƏRTAC-ın baş direktorunun birinci müavini Dağbəyi İsmayılov Modern.az saytına deyib ki, bu dəyişiklik prezident İlham Əliyevin sərəncamı ilə edilib:

“Bildiyiniz kimi, əsrin əvvəlində rabitə ancaq teleqraf üzərindən qurulurdu. Artıq internet əsrindəyik. Agentliyin adındakı “teleqraf” sözü bəzi insanlarda anlaşılmazlığa səbəb olurdu. “Teleqraf” dedikdə poçt, teleqram göndərmək başa düşürdülər”.

Birinci müavin bildirib ki, zərurət məhz bu anlaşılmazlıqdan yaranıb: “Biz təşəbbüs qaldırdıq ki, “teleqraf” sözü “informasiya” sözü ilə əvəzlənsin. Bildiyiniz kimi, bu ilin fevral ayında prezident İlham Əliyevin bu barədə sərəncamı olub. Adın dəyişdirilməsi də sərəncama uyğun icra olunub”.

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il fevralın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. 

Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi kimi adlandırılıb. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama