Modern.az

Sabah hava meteohəssas insanlar üçün əlverişsizdir - XƏBƏRDARLIQ

Sabah hava meteohəssas insanlar üçün əlverişsizdir - XƏBƏRDARLIQ

11 Avqust 2015, 13:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Avqustun 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 12-14-də Abşeron yarımadasında gündüz zəif küləklərin üstünlüyü fonunda isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama