ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Ceb Buş Obama hakimiyyətini İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının meydana gəlməsinə görə müəyyən qədər məsuliyyət daşımaqda qınayıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun fikrincə, İŞİD ABŞ Yaxın Şərqdən çıxanda meydana gəlib və təhlükəyə əhəmiyyət verilməyib: “Dövlət katibi Klinton harada idi?” Buşun sözlərinə görə, Klintonun üzündən onun ölkəsini və dünyanı böyük cihad təhlükəsi gözləyir.
Modern.az