Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası büdcədən ayrılacaq vəsaitin artırılmasını istəyir

QHT-lərə Dövlət Dəstəyi Şurası büdcədən ayrılacaq vəsaitin artırılmasını istəyir

Qarabağ

15 Oktyabr 2010, 16:20

Modern.az saytı “Azərbaycan Respublikasinın 2011-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün nəzərdə tutulan maliyyə vasaitinin məbləği barədə məlumat vermişdi.

Milli Məclisin Mədəniyyət Komitəsindən saytımıza verilən məlumata görə, 2011-ci ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsindən 2 milyon 766 min324 manat manat vəsait nəzərdə tutulub.

Xatırladaq ki, bu, 2010-cu ildə ayrılan vəsaitlə təxminən eyni qədərdir.
Bəs QHT-lərə Dövlət Dəstəyi Şurasında büdcədən gələn il ayrılacaq vəsaitin həcmi barədə nə düşünülür?

QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a bildirib ki, gələn il üçün nəzərdə tutulan büdcə vəsaitinin az olduğu qənaətindədirlər.
 F.Qurbanovun fikrincə, 2 milyon 766 min324 manat manat vəsait Şuranın fəaliyyətini tam təmin etməyəcək. O, QHT sektoru kimi inkişafda olan sahədə maliyyə vəsaitinə tələbatın hər il artdığını vurğulayıb. Onun sözlərinə görə, məhz Dövlət Dəstəyi Şurası yaradılandan sonra QHT sektorunda böyük canlanma yaranıb, QHT-lər hərəkətə keçərək öz işlərində dəyişiklik edib.

Şuranın icraçı direktoru deyib: “QHT sektorunda inkişaf var. Biz rəsmi statistikalara nəzər salsaq, görərik ki, 2009-cu ildə Ədliyyə Nazirliyinə 631 qrant müqaviləsi daxil olub, 339-u qeydə alınıb. Bu da 62 donorun verdiyi 21 milyon manat məbləğdə qrantdan ibarət olub.
2010-cu ilin geridə qaalan müddətində 12 milyon 900 manatlıq qrant müqavilələri qeydə alınıb. Bu müqavilələrdə 2 milyon manat Dövlət Dəstəyi Şurasının payına düşür. Yerdə qalan digər vəsaitlər xarici donorların verdiyi qrantdır. Ümumən Şuranın apardığı araşdırmalar QHT sektorundan illik tələbatın 30 milyon dollar civarında qiymətləndirilir. Belə olduğu halda əlbəttdə 2 milyon manat ayrılması bu sektorun tələbatını ödəmir. Ona görə deyə bilərik ki, gələn il büdcədən ayrılacaq vəsait azdır. 2008-ci ildə Şuraya 361 layihə təklifi daxil oldu. 2009-cu ildə 569 layihə daxil oldu. 2010-ci ilin bu gününə qədər 820-dən çox layihə qəbul olunub. Bu da onu göstərir ki, dinamika var”. 


Vüqar Ağamalıoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama