Modern.az

Deputat Cavid Hüseynovun müdafiəsinə QALXDI: “Onun günahı yoxdu”

Deputat Cavid Hüseynovun müdafiəsinə QALXDI: “Onun günahı yoxdu”

11 Avqust 2015, 16:40

“Jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun heç bir günahı yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisin deputatı Astan Şahverdiyev öz həmyerliləri - futbolçu Cavid Hüseynovla jurnalist Rasim Əliyev - arasındakı mübahisəni şərh edərkən deyib.

O qeyd edib ki, mərhum Rasim Əliyevin futbolçu haqqında yazdıqları təhqiramiz ifadələrə gərək yox idi.

“Cavid Hüseynov indi Azərbaycanda ən yaxşı futboçulardandır. Cavid Hüseynov heç bir əxlaqsız  hərəkətə yol vermədiyi halda jurnalist Rasim Əliyevin onun haqqında yazıb ki, “sənin əxlaqsız və tərbiyəsiz hərəkətinə görə istəmirik ki, Avropada bizi təmsil edəsən”.
Axı Cavid heç bir əxlaqsız hərəkət etməyib. Dünyanın hər yeribdə hər üç oyundan birində qol vuran futbolçudan kimsə o cür jest edir.
Bu jurnalistin beyninə nə yeriyib ki, götürüb futbolçu haqqında “əxlaqsız və tərbiyəsiz” ifadəsi yazıb. Allah jurnalistə rəhmət etsin, amma o da gərək belə şeylər yazmazdı, Cavidə - yerlisinə, azərbaycanlıya qarşı səhv hərəkət, ədalətsizlik etməzdi”.

Deputat A.Şahverdiyev Rasim Əliyevin ölümündə Cavid Hüseynovu günahkar saymadığını qeyd edib:

“Bura birməmalı olaraq Cavidi günahlandıranlarla razı deyiləm, onun bu zorakılıqda heç bir rolu yoxdur. Cavidin qohumlarından kimlərsə gedib jurnalisti döyüb. Həm də o, döyüləndə ölməyib axı. Həkimlərin diqqətsizliyi üzündən ölüb. Bir cəbrayıllı kimi mən də neçə gündür bu məsələləri araşdırmaqla məşğulam”.

A.Şahverdiyev Cavid Hüseynovun qohumlarının jurnalisti döyməsini isə belə izah edib:

“Cavidin bibisi oğlunun Rasimi döyənlər arasında olduğu söylənilir, onun həbs edildiyi bildirilir. Görünür onlar “əxlaqsız və tərbiyəsiz” ifadəsini özlərinə sığışdırmayıblar və bu cür qınanılası addım atıblar.

Cavid doğurdan çox tərbiyəli oğlandır. Jurnalsit yazıb ki, belə futbolçunun Avropaya çıxması Azərbaycana təhqirdir. Sən nə bilirsən axı, futbola bax. 

Hər 3 oyundan birində futbolçulardan kimsə o jesti göstərir. Futbolda belə hadisələr baş verir. Cavid tam günahsızdır. Bildiyimə görə, onlar telefonda danışıb, barışıblar”. 

Deputat Astan Şahverdiyev deyir ki, bəzi jurnalistlər hansısa məsələni araşdırmadan ağlına gələn ittihamlar yazırlar:

“Mənim haqqımda da nələr yazmırlar... Pak insanam, amma haqqımda elə şeylər yayırlar ki...”.

Qeyd edək ki, avqustun 8-də Bakıda jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist aparıldığı və əməliyyat olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Jurnalistin döyülməsində təqsirkar bilinən şəxslərdən biri Elşən İsmayılov özü təslim olub. Futbolçu Cavid Hüseynov isə istintaqa çağrılıb.

 Aytən ZƏHRA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama