Modern.az xəbər verir ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bu gün Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə məlumat yayan “Anadolu” agentliyi səfərin hansı səbəbə görə təxirə salındığının bəlli olmadığını bildirsə də, digər məlumata görə, səfərin yubadılmasında səbəb İranın Türkiyəyə edəcəyi təkliflərin redaktələrin edilməsidir.
Qeyd edək ki, son günlər İranın hakimiyyətə yaxın media qurumlarında Türkiyəyə qarşı təbliğat aparılır və türk mediası da buna qarşılıq verir.
Modern.az