Modern.az xəbər verir ki, Azərbaycanın "Rabitəbank" ASC "AGBank" ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə "Report"a "Rabitəbank"dakı mənbələrdən məlumat verilib.
Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur. Qeyd edək ki, "AGBank" ASC 1992-ci ildə, "Rabitəbank" ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.
Modern.az