Modern.az

Avtomobil bazarında satılan ehtiyat hissələrinin 70-80%-i saxtadır

 Avtomobil bazarında satılan ehtiyat hissələrinin 70-80%-i saxtadır

11 Avqust 2015, 21:47

 

Modern.az xəbər verir ki, Azərbaycanın avtomobil bazarında satılan ehtiyat hissələrinin 70-80%-i saxtadır. Bunu Fins.az-a açıqlamasında ehtiyat hissələrinin istehsalı ilə məşğul olan «Bosch» şirkətinin direktor müavini Fariz Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycana saxta ehtiyat hissələri əsasən Türkiyə, Dubay və Çindən gətirilir. Bu ehtiyat hissələrinin böyük qismi isə Hyundai, KİA və Mercedes avtomobillərinə aiddir. «Saxta ehtiyat hissələri içərisində avtomobilin elektron sistemləri daha çoxdur. Bunlara fənərlər, sensorlar, mühərrik məlumat ötürücüləri, hava tənzimləyiciləri, şamlar və s. aid etmək olar»-deyə direktor bildirib. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama