Fransada son 5 ildə qeydə alınan zorlamalar 18 faiz artıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2010-2014-cü illərdə zorlananların sayı artaraq 10,7 mindən 12,7 min nəfərə çatıb. Yetkinlik yaşına çatmayanların zorlanması ilə bağlı ittihamlar isə son 5 ildə 20 faizdən çox olub – 5,7 mindən 6,9 minə çatıb.
Məlumatda qeyd edilir ki, Fransada hər gün 33 nəfər (hər 40 dəqiqədən bir) zorlanılır.
Bu isə yalnız polisdə qeydiyyata alınan cinayətlərdir.
Modern.az