Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ölkəmizin rəsmi təmsilçiləridir. Demək ki, xaricdə Azərbaycan vətəndaşlarına sahib çıxmaq, Azərbaycanla bağlı hər bir məsələyə dəstək olmaq həmin diplomatik korpusların borcudur.
Düzdür, öz işlərini normal quran səfirliklər az deyil.Ancaq yarıtmazdiplomatik korpuslar da var. Bunu uzun müddət diaspor təşkilatları ilə müəyyən səfirliklərin münasibətlərindən də aydın sezmək olurdu.
Yalnız səfirliklər, diaspor təşkilatları deyil, həm də Milli Məclisin müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə üşçi qrupları da biləvasitə Azərbaycanın xarici imicini formalaşdırmaqla məşğuldur.
Təəssüf ki, bəzən səfirliklər bu işçi qruplarına qarşı da qısqanc münasibət sərgiləyir. Hətta deputatlarıbəzən qarşılamırlar.Bunudeputatlarzaman-zamanMilliMəclisdə də səsləndiriblər.
Milli Məclisindeputatı, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçiqrupununrəhbərivə bir çoxparlamentlərarası işçiqruplarındatəmsilolunan Fuad Muradov Modern.az-a açıqlamasında səfirliklərlə fəaliyyətlərində heç bir maneə ilə üzləşmədiklərini bildirib.
“Azərbaycan parlamentində Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Cənubi Amerika ölkələri ilə olan parlamentlərası işçi qruplarının üzvüyəm, o cümlədən də Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm.
T əxminən 50-dən çox ölkədə parlamentlərarası işçi qruplarının xətti ilə səfərdə olmuşam. Birmənalı olaraq deyə bilərəm ki, məsələn, Fransa, Litva, ABŞ və s. kimi ölkələrdə olarkən biz səfirliklə daima əlaqə saxlayırıq, münasibətlərimizi elə qururuq ki, ümumi işin xeyrinə olsun. İstər Fransa, istər Litva, istərsə də ABŞ səfirlik və konsulluğu ilə daima sıx əməkdaşlıq edirik. Bir çox məsələlərdə ölkənin müxtəlif qollarını təmsil edirik”.
F.Muradov vurğulayıb ki, parlamentlə Xarici İşlər Nazirliyinin bir çox sahələrdə birlikdə fəaliyyətində heç bir manei ilə üzləşməyiblər.
“İşçi qrupları ilə xarici ölklərdə olan səfirlik və konsulluqlar arasında çox yaxşı əməkdaşlıq həyata keçirilir. Maksimal olaraq bizə kömək göstərilir, eyni zamanda biz də çalışırıq ki, öz işimizdə onlara dəstək olaq.
Avropa ölkələrində əsas icra və qanunvericilik parlamentdə təmsil olunur, ona görə də Avropa ölkələrində parlamentlə əlaqə qurulması çox vacib və prioritet məsələdir. Bunu nəzərə alaraq çalışırıq ki, Azərbaycan səfirlik və konsulluğuna öz dəstəyimizi verək və bir çox hallarda məhz deputatların işləri nəticəsində həmin səfirlik və konsulluqlar öz fəaliyyətini yüksək səviyyədə həyata keçirə bilirlər”.
Aytən ZƏHRA