Modern.az

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Təhsil

12 Avqust 2015, 09:35


Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb. Modern.az xəbər verir ki, iyulun 30-dan avqustun 11-i saat 23.59-a kimi 36 624 abituriyent I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqləyiblər.

Azərbaycan bölməsi üzrə I qrup üzrə 11 358 (rus bölməsi 1 459), II qrup üzrə 9 971 (rus bölməsi 1 137), III qrup üzrə 9 141 (rus bölməsi 707), IV qrup üzrə 2 670 (rus bölməsi 181) abituriyent ərizələrini təsdiq ediblər.

V qrup və orta ixtisas təhsili müəssisələri üzrə təsdiqlənmiş elektron ərizələrin sayına gəlincə, bu göstərici Azərbaycan bölməsi üzrə 8 209, rus bölməsində 685, ümumilikdə isə 8 884 nəfər təşkil edib.

Xatırladaq ki, ixtisas seçimində ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama