Modern.az

“AGBank” “Rabitəbank”a birləşdirilməyəcək - AÇIQLAMA

“AGBank” “Rabitəbank”a birləşdirilməyəcək - AÇIQLAMA

12 Avqust 2015, 11:05

“Avqustun 11-də yayılan informasiya hansısa şəxsin uydurmasıdır və həqiqəti əks etdirmir”.

Bunu Modern.az saytına AGBank-ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Atakişiyeva bildirib.

Onun sözlərinə görə, xəbərdə çəkilən “Rabitəbank” da həmin informasiyanı təkzib edib. Günel Atakişiyeva  qeyd edib ki, “AGBank”ın nəinki “Rabitəbank”a, ümumiyyətlə, hər hansı banka birləşdirilməsindən, satılmasından söhbət getmir:

“Biz öz fəaliyyətimizi olduğu kimi davam etdiririk. Səhmdarlarımızda da hər hansı dəyişiklik yoxdur. Bankın əsas səhmdarları olan Beynəlxalq Maliyyə Korporasiyası, Kazimir Investment Limited və fiziki şəxslər Çingiz Əsədullayev, Fərzulla Yusifov olduğu kimi qalır”.

“Report”un yaydığı məlumatına görə, Azərbaycanın “Rabitəbank” ASC “AGBank” ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə “Report”a “Rabitəbank”dakı mənbələrdən məlumat verilib.

Gülşən RAUFQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama