Avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və əməliyyat olunduğu 1 saylı klinik xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünün səbəbləri araşdırılır.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, jurnalist Rasim Əliyevin ölüm faktı hazırda nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, eləcə də, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məlumatda bildirilib ki, ölümün səbəbləri və ictimaiyyəti maraqlandıran bütün suallar yalnız ekspertizanın rəyi acıqlandıqdan sonra məlum olacaq.Avqustun 8-də Bakı şəhər sakini, jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bu hadisəyə görə “Qəbələ futbol komandasının oyunçusu Cavid Hüseynov və digər 5 nəfər həbs edilib.
Aytən ZƏHRA