Modern.az

Doktoranturaya qəbul planı hələ təsdiq olunmayıb

Doktoranturaya qəbul planı hələ təsdiq olunmayıb

12 Avqust 2015, 11:15

Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya aparılacaq qəbul planı hələ təsdiq olunmayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Azərbaycan Respubikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” Azərbaycan Respublikası Nazirlər Kabinetinə təsdiq olunmaq üçün təqdim olunub.  

Məlumatda bildirilib ki, qəbul planları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra ixtisaslar üzrə yerlərin sayı və qəbul müddəti göstərilməklə ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən respublika KİV-lərində elanlar veriləcək.    

Aytən ZƏHRA
   
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama