Modern.az

Erməni ailəsini öldürən rus əsgərin məhkəməsi başlayıb

Erməni ailəsini öldürən rus əsgərin məhkəməsi başlayıb

Təhsil

12 Avqust 2015, 11:49



Bu gün Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsini öldürməkdə təqsirləndirilən rus hərbçisi Valeri Permyakovun məhkəməsi başlayır. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 5-ci qarnizon məhkəməsində başlayan prosesdə rus hərbçisi “fərarilik”, “silah oğurluğu” və “2 və daha artıq insanın öldürülməsi” maddələri ilə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

2015-ci il yanvarın 12-də 102-ci hərbi bazada xidmət zaman silahı götürərək hərbi hissəni tərk edən Valeri Permyakov Avetisyanlar ailəsinin 7 üzvünü öldürmüşdü.

Vüqar İsmayılov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama