Modern.az

Türkiyə təkrar seçkiyə gedir - Kılıçdaroğlu: “Koalisiya olmayacaq”

Türkiyə təkrar seçkiyə gedir - Kılıçdaroğlu: “Koalisiya olmayacaq”

12 Avqust 2015, 11:56

Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı görüşlərin son nəticəsinin açıqlanmasına iki gün qalmış Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun “məncə, koalisiya olmayacaq, cümə axşamı günü açıqlayacağıq” deyib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlu dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prosesə təsir göstərdiyini bəyan edib.

Məlumatda qeyd edilir ki, daha əvvəl də prezident Rəcəb Tayyib Ərdoğanın təsir etməsi səbəbi ilə koalisiyanın çətin olduğunu vurğulayan CHP lideri Kamal Kılıçdaroğlu bu dəfə belə deyib:

“Məncə, koalisiya olmayacaq, cümə axşamı açıqlayacağıq”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama