Modern.az

Ali məktəblərə qəbul olunanların adlarının açıqlanacağı vaxt bilindi

Ali məktəblərə qəbul olunanların adlarının açıqlanacağı vaxt bilindi

Təhsil

12 Avqust 2015, 12:24


2015/2016-ci tədris ili üzrə ali təhsil müissələrinə müsabiqənin nəticələri bu gün açıqlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına verilən məlumata görə, ali təhsil müəssisələrinə müsabiqənin nəticələri bu gün axşam saatlarında elan olunacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi dünən başa çatıb. 

İyulun 30-dan avqustun 11-i saat 23.59-a kimi 36 624 abituriyent I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimində ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edib.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama