Modern.az

Ermənistan türk prokurorun bu ölkəyə qaçmağına rəsmi cavab verdi

Ermənistan türk prokurorun bu ölkəyə qaçmağına rəsmi cavab verdi

12 Avqust 2015, 14:00

Türkiyədə “qanunsuz silahlı dəstələrin təşkilində” ittiham olunan məşhur prokuror Zəkəriyyə Özün Ermənistana qaçması barədə informasiyalar yayılmışdı. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğalçı ölkənin Milli Təhlükəsizlik Nazirliyi türk mətbuatının bu iddialarına cavab verib.


“Bizdə bu haqda heç bir məlıumat yoxdur”- deyə nazirliyin rəsmi açıqlamsında deyilir.

 

Prokurorlar Zəkəriyyə Öz və Cem Kara 2013-cü il dekabnrın 17-də İstanbul və Ankarada bir çox məmur və biznesmenlərin, hərbçilərin həbs olunduğu xüsusi əməliyyatın keçirilməsinə göstəriş vermişdilər. Bu əməliyyat "Eergenekon davası" kimi tarixə düşüb.

 

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi