Modern.az

Alimlərdən ŞOK İDDİA - kitab oxumaq insanı 5 günə dəyişir

Alimlərdən ŞOK İDDİA - kitab oxumaq insanı 5 günə dəyişir

12 Avqust 2015, 14:27

Nevroloq alimlər kitab mütaliəsinin insana bioloji təsiri ilə bağlı yeni araşdırmalar aparıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nevroloqlar zəngin süjet xəttinə sahib qurğu romanlarının, eləcə də digər ədəbiyyatların beş gün ərzində beyin hüceyrələrini dəyişmək gücündə olduğunu sübut ediblər.

Nevroloq alimlərdən ibarət tədqiqat qrupu bir neçə gənc üzərində ekperiment aparıblar. Belə ki, kitab oxumazdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirəndən sonra qabaqcadan müəyyən edilən mürəkkəb bir roman gənclərə təqdim olunur. Beş gündən sonra isə həmin sınaqdakı gənclər kitab mütaliəsini bitirirlər. O zaman beynin həm sağ, həm də sol yarımkürəsində dəyişiklik müşahidə olunur. Hüceyrələrin canlılığı artır və həssaslıqla yanaşı, mühakimə yürüdə bilmə mexanizmi də sürətlənir. Sınaqlara nəzarət edən alimin fikrincə, özünü roman qəhrəmanının yerinə qoyduqda bioloji dəyişikliklər daha sürətlə həyata keçir.

Elmin NURİ    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama