Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-ci tədris ili üzrə ali təhsil müəsissələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri dünən açıqladı.
Modern.az saytının məlumatına görə, bu il tələbə adını qazanan abituriyentlər arasında jurnalistlərin də övladları var.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının oğlu Türkiyə Yıldız Texnik Universitetinin Bilgisayar mühəndisliyi fakültəsinə qəbul olunub.
APA TV-nin əməkdaşı Mahir Məmmədlinin qızları Günel Məmmədli və Aysel Məmmədli da ali məktəbə daxil olan abituriyentlər arasındadırlar.
“Yeni Müsavat” qəzetinin həbsdəki yazarı Tofiq Yaqublunun oğlu Rahim Yaqublu Memarlıq və İnşaat Universitetinin Marketinq fakültəsinə qəbul olunub.
Jurnalist Zöhrab Əmirxanlının oğlu Mətin isə Xəzər Univeristetinin tələbəsi olub.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyevin oğlu Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.
“Simsar” jurnalının baş redaktoru İradə Nureddinqızının da iki qızı ali məktəbə daxil olub. Yeni tədris ilindən xanım jurnalistin qızlarından biri Bakı Dövlət Univeristetinin Coğrafiya fakültəsində, digəri isə Bakı Biznes Universitetinin İqtisadiyyat fakülkətsində oxuyacaq.
Ailəsi ilə birgə Avropada mühacirətdə yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qızı Hunay isə Fransada imtahan verərək, orada Strasburq Univeristetinin Türkşunaslıq fakültəsinə qəbul olunub.
Tələbə adı qazanan gənclərdən biri də Milli.az portalının redaktoru Elçin Alıoğlunun oğludur.
Aytən ZƏHRA