Modern.az

Keçmiş deputat: “Siyasət mənim üçün bitib”

Keçmiş deputat: “Siyasət mənim üçün bitib”

13 Avqust 2015, 11:20

Dediyim sözün üstündə dayanan adamam. Ona görə də yenə təkrar edirəm. Parlament seçkilərinə qatılmaq fikrim yoxdur”. Bunu Modern.az-a açıqlamasında sabiq deputat, Azərbaycanın Belarusdakı səfirliyinin keçmiş əməkdaşı  Asya Manafova deyib. Asya Manafovanın sözlərinə görə, siyasət onun üçün bitib.

“Siyasətlə yollarımı çoxdan ayırmışam. Ona görə də bu il keçiriləcək parlament seçkilərində iştirak etməyim mümkünsüzdür. Bu gün belə, sabah da bir başqa cür danışmağı sevən adam deyiləm. Bir sözlə, siyasət mənim üçün bitib”.

Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Eyni zamanda, keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.

Xatırladaq ki, bu ilin noyabr ayında Milli Məclisə növbəti deputat seçkiləri keçiriləcək.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama