Modern.az

PKK liderlərindən biri İrana, digəri Suriyaya qaçıb

PKK liderlərindən biri İrana, digəri Suriyaya qaçıb

13 Avqust 2015, 12:00


Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqla sərhəd ərazilərdəki düşərgələrini məhv etmək üçün əməliyyatları davam etdirir. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, kəşfiyyat hesabatlarına görə, bombardmanlar zamanı Kandil,  Hakurk, Zap, Gara, Metina, Haftanin, Avaşin-Basyan düşərgələrinin 80 faizi yerlə-yeksan edilib.

Hesabatlara görə, əməliyyatlarda 300-ə yaxın terrorçu öldürülüb, təxminən 500-ü yaralanıb. Beləcə, 800-ə qədər terrorçunun “döyüşdən kənar” qaldığı iddia edilir.

Məlumatda xüsusilə vurğulanır ki, əməliyyatlar zamanı özlərini qorumaq üçün PKK-nın bəzi liderləri yer dəyişdirmək məcburiyyətində qalıblar. Məsələn, kəşfiyyat raportlarında qeyd edilir ki, Murat Karayılan İrana, Cemil Bayık Suriyaya qaçıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi