Modern.az

Planlaşdırılmayan Davudoğlu-Baxçalı görüşü baş tuta bilər

 Planlaşdırılmayan Davudoğlu-Baxçalı görüşü baş tuta bilər

Təhsil

13 Avqust 2015, 23:24

 

Modern.az Türkiyə KİV-inə əsasən xəbər verir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu CHP lideri Kamal Kılıcdaroğlu ilə görüşündən dərhal sonra MHP sədri Dövlət Baxçalıdan görüş tələb edib. 

Hazırda Davudoğlunun MHP başqanından cavab gözlədiyi bildirilir.

Eyni zamanda AKP-CHP görüşü barədə isə tərəflərdən təzadlı məlumatlar yayılmaqdadır. Belə ki, CHP sədri Kamal Kılıcdaroğlu AKP rəhbəri ilə görüşdə koalisiya hökuməti qurmaqla bağlı təklif almadığını bildirib. Onun sözlərinə görə, AKP yalnız 3 aylıq seçki hökuməti qurmaq təklifi verib. AKP-dəki mənbələr isə bu məlumatı təkzib ediblər.

Dövlət Baxçalı isə AKP-CHP görüşünün nəticəsiz bitməsindən sonra partiyasının rəhbərliyini təcili şəkildə müzakirə üçün qərargaha çağırıb.  

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama